AZ

Seçki məntəqələrində veb-kameralar işlək hala gətirilir

“Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına və işlək hala gətirilməsinə artıq başlanmalıdır”.

Ednews  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında qeyd edib. 

O,  prezident seçkilərində veb-kameralarla bağlı heç bir problemin olmadığını deyib:

"Bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır".

Seçilən
58
8
ednews.net

9Mənbələr