AZ

Seçki məntəqələrində veb-kameralar işlək hala gətirilir – RƏSMİ 

“Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına və işlək hala gətirilməsinə artıq başlanmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında qeyd edib. 

O,  prezident seçkilərində veb-kameralarla bağlı heç bir problemin olmadığını deyib:

"Bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır".

Məhərrəm Əliyev, Bizim.Media

Seçilən
35
8
bizim.media

9Mənbələr