AZ

Belarusun traktor zavodu dondurma satır

Minsk Traktor Zavodu (MTZ) Mogilyov dondurma fabriki ilə əməkdaşlıq edərək Belarus traktoru brendi ilə markalanmış dondurmaların satışına başlayıb.

Fins.az xəbər verir ki, bu barədə MTZ-nin "Telegram" kanalında məlumat yayılıb.

"Belarus Tractors" markalı dondurma traktor zavodunun iaşə müəssisəsi tərəfindən satılır.

Məhsulun tərkibinə su, qaymaq, süd tozu və bir sıra digər maddələr daxildir. Dondurmanın üzərində ən müasir Belarus traktor modellərindən biri təsvir edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
fins.az

10Mənbələr