AZ

Uşaqları günvurmadan qorumaq üçün bunları edin - Pediatr tövsiyələri

Yaxın günlərdə Azərbaycana yay fəsli daxil olacaq. Hərarətin yüksəlməsi ilə həssas orqanizmi olan uşaqlar risk altına düşəcəklər. Günün altında vaxt keçirmək onların sağlamlığı üçün təhlükə yarada bilər. Bəs valideynlər uşaqları qorumaq üçün nələrə diqqət etməlidirlər?

Pediatr Günay Rəsulova Musavat.com-a şərhində bildirib ki, uşaqları günvurmadan qorumaq üçün onların havada olma saatlarına mütləq diqqət etmək lazımdır:

aztibb.az_Gunay_Resulova_576.jpg

“Uşaqları ultrabənövşəyi şüaların yüksək indeksi olan saatlarda, yəni saat 11:00-12:00 və 17:00-18:00 radələrində düz düşən günəş şüalarının altına çıxarmaq olmaz. Əgər zərurət varsa, uşağın başında mütləq qoruyucu papağı olmalı, həmçinin, günəşdən qoruyan SPF krem istifadə olunmalıdır. 6 aydan kiçik uşaqlara SPF krem istifadə etmək məsləhət deyil. Ümumiyyətlə, bu yaşda körpələri mümkün qədər düz düşən günəş şüalarının altına çıxarmaq tövsiyə edilmir. Əks halda, xoşagəlməz hallarla üzləşə bilərik. İstilikvurma, günvurma baş verə bilər. Başağrısı, qusma, susuzlaşmaya qarşı halsızlıq, hətta bayılma kimi əlamətlər büruzə verə bilər. Uşaqlarımızı qorumaq üçün onları havaya çıxarma saatlarına diqqət etməliyik”.

Pediatr həmçinin, qeyd edib ki, ultrabənövşəyi şüalar uşaqların dərisində xərçəng yarada bilər. “Uşaqları bu təhlükədən də qorunmaq üçün onların açıq havada olma saatlarına diqqət etməyi tövsiyə edirəm” deyə G.Rəsulova əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
46
musavat.com

10Mənbələr