AZ

Şurnuxuda qaldırılan bayrağımız erməniləri qorxuya saldı - VİDEO

Sosial şəbəkələrdə Azərbaycana qarşı iftira dolu informasiyalar yayan erməni bloger Mika Badalyan Qubadlı rayonunun Şurnuxu kəndindən video paylaşıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə o, kəndin Azərbaycana aid olan hissəsində üçrəngli bayrağımızı lentə alıb və "Şurnuxu ermənilərinin bu gün yaşadığı reallıqlar bunlardır" sözlərini yazıb.

Qeyd edək ki, Şurnuxu kəndinin 12 evdən ibarət olan hissəsi Azərbaycan Respublikasının Qubadlı rayonuna, digər hissəsi isə Ermənistan Respublikasının Zəngəzur (Sünik) mahalına verilib. 

Yeri gəlmişkən, 4 yanvar 2021-ci ildə Şurnuxu kəndində Azərbaycan bayrağı sancılıb.

Xatırladaq ki, 1920-ci illərdə Zəngəzurun Şurnuxu kəndində yalnız azərbaycanlılar yaşayıb. Daha sonra kənd erməni yaraqlıları tərəfindən etnik təmizliyə məruz qalıb və burada ermənilər yaşamağa başlayıb.

Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxuya qayıdıb. 1947-ci il dekabrın 23-də Sovet İttifaqı Nazirlər Sovetinin qərarına görə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnuxu sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirilib. 1953-cü il Stalinin ölümündən sonra şurnuxulular kəndə qayıdıblar.

1979-cu ildə Şurnuxuda 560 azərbaycanlı yaşayıb 1988-ci ildə "Artsax hərəkatı" zamanı, noyabr ayında onlar Şurnuxudan yenidən deportasiya edilib.
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
bizim.media

10Mənbələr