AZ

Kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə doktoru, tədqiqatçı-alim Nazir Əhmədli olub.

O, doğulub boya-başa çatdığı Dərələyəz mahalının Paşalı rayonunun Gabud kəndindən söhbət açıb. Qeyd edib ki, məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen səfalı təbiətinə, əsrarəngiz gözəlliyinə görə Dərələyəzi Cənubi Qafqazın isveçrəsi adlandırıb. Alimin sözlərinə görə, Gabud kəndi də bu təbiət möcüzəsinin mühüm bir hissəsi, azərbaycanlıların tarixi yaşayış məntəqəsi olub.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N.Əhmədli vurğulayıb ki, daşnak Andranik Ozanyan və onun quldur dəstələri Dərələyəzdə böyük faciələrə yol açıblar. Günahsız insanlar qətlə yetirilib, öz ata-baba yurdunu zorla tərk etmək məcburiyyətində qalıblar. Nəticədə Qərbi Azərbaycandakı soydaşlarımızın sayı kəskin azalıb. O, 1948-1953-cü ilin deportasiyasında atasının, babasının, həmçinin yaxın qohumlarının da öz Vətənindən didərgin düşdüyünü dilə gətirib. Deyib ki, İosif Stalinin ölümündən bir müddət sonra babası, atası, ailə üzvləri yenidən Gabud kəndinə qayıdıblar. Lakin həmin dövrdə də soydaşlarımıza münasibətdə diskriminasiya, ayrı-seçkilik hər addımda özünü büruzə verib. Ən nəhayət, 1988-ci ilin deportasiyasında Qərbi Azərbaycandan bütün azərbaycanlılar deportasiya olunub ki, bununla da erməni millətçiləri Türksüz Ermənistan ideyasını gerçəkləşdirə biliblər.

Tədqiqatçı-alim N.Əhmədli qeyd edib ki, XIX əsrin iyirminci illərində məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen Rusiyaya gələrək Qafqaz canişinliyində işləyib. Həmin dövrdə o, işğalçı general İvan Paskeviçin göstərişi ilə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinin, coğrafiyasının tədqiqi ilə məşğul olmağa maraq göstərib. 1829-1832-ci illərdə Qafqaz xalqlarının, həmçinin azərbaycanlıların tarixi, dili və etnik tərkibi, folkloru, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı və sair barədə geniş məlumatı toplayıb, kameral təsvirlər yaradıb.

Müsahibin sözlərinə görə, Çar Rusiyasının bu siyahıyaalmada başlıca məqsədi gələcəkdə əhalini maksimum səviyyədə istismar etmək olub. Bununla belə, kameral təsvirlər Qərbi Azərbaycan torpaqlarının kimə məxsusluğunu sübut edən dövlət sənədidir. Misal üçün, həmin sənədlərə görə, 1831-ci ildə ümumilikdə Göyçə mahalında cəmi 15 erməni ailəsinin yaşadığı məlum olur. N.Əhmədli söyləyib ki, kameral təsvirlərdə məşhur azərbaycanlılar haqqında da dəqiq məlumatlar var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
30
medianews.az

10Mənbələr