AZ

“Zirə” yeni futbolçu ilə anlaşdı

Ölkə kubokunun finalçısı “Zirə” yeni futbolçu ilə anlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Ange Mutsinzi Norveçin “Jerv” klubundan transfer olunub. Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ange Ruanda millisində 20 matça çıxıb.

Qeyd edək ki, “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
yenicag.az

10Mənbələr