AZ

“Zirə”dən yeni transfer

"Zirə” yeni futbolçu ilə anlaşıb. 


Qaynarinfo xəbər verir ki, Bakı təmsilçisi Norveçin "Jerv” klubundan Ange Mutsinzini transfer edib. 


Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb. 


Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin "Muhanqa”, "Rayon Sports”, APR, Portuqaliyanın "Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
12
qaynarinfo.az

10Mənbələr