AZ

Həmkəndlisi tərəfindən döyülən 66 yaşlı kişi xəstəxanada öldü

Tovuzda 4 gün əvvəl döyülən kişi xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərinin biri ona heyvanları buradan aparmaması ilə bağlı mübahisə edib. Nəticədə mübahisə dava ilə yekunlaşıb. Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 66 yaşlı kişi bu gün xəstəxanda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
15
32gun.az

10Mənbələr