AZ

Tovuzda dörd gün əvvəl döyülən kişi xəstəxanada öldü

Tovuzda 66 yaşlı kişi döyülüb.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə aralarında yaranan mübahisə nəticəsində döyülüb.

Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.

66 yaşlı kişi bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
15
avtosfer.az

10Mənbələr