AZ

Amerika Kuboku: Daha iki 1/4 finalçı bəlli oldu

Amerika Kubokunda III turun növbəti oyunları keçirilib.

ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb. Görüş qolsuz bitib. Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib – 3:0.

Bu nəticələrdən sonra Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Növbəti mərhələdə A qrupunun birincisi Argentina B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina – Ekvador matçı iyulun 4-də, Venesuela – Kanada qarşılaşması isə 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
5
futbolinfo.az

8Mənbələr