AZ

Amerika Kubokunda III turun növbəti oyunları keçirilib

Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.Görüş 0:0 hesabı ilə bitib.Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib - 3:0.Qeyd edək ki, qrupda Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin edib.Növbəti mərhələdə A qrupunun birincisi Argentina, B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina - Ekvador matçı iyulun 4-ü, Venesuela - Kanada qarşılaşması isə ayın 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
5
sesqazeti.az

7Mənbələr