AZ

Azərbaycan Avstriyada millətlər festivalının qalibi olub (FOTO)

Bakı. Trend:

Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburqəyalətinin Bad Hofqastayn qəsəbəsində dördüncü millətlər festivalıkeçirilib.

Bu barədə Trend-ə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəriFərid Əzizov bildirib.

O, qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusidəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyətgöstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evitəmsil edib.

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi,kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsindəyerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədənimüxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək,regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil təşkilatının BadHofqastayn bələdiyyəsi və Turizm Birliyi ilə əməkdaşlıq şəklindəhazırladığı festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb.Guşədə milli xörəklərimiz və şirniyyatlarımız, eləcə də Azərbaycanistehsalı olan məhsul və suvenirlər təqdim olunub.

Festivalda milli geyimdə iştirak edən Avstriya AzərbaycanlılarıCəmiyyətinin üzvləri yerli sakinlər və turistlərə ölkəmiz, onunzəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verib, kitabvə broşürlər hədiyyə ediblər.

Festivalda müxtəlif ölkələrin nümayəndələri milli musiqi vərəqslərini də təqdim ediblər. Soydaşlarımızın təqdimatında“Uzundərə“ və ”Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.

Festival təşkilatçıları sonda ən maraqlı təqdimata görəAzərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədənimüxtəlifliyinin tanıdılmasına həsr edilmiş festivala veriləntöhfəyə görə təşəkkür ediblər. Avstriyanın yerli telekanalınaF.Əzizov ölkəmizin milli mənəvi dəyərlərindən qonaqpərvərliyindənvə xüsusi ilə cənnət məkan Qarabağdan bəhs edib və jurnalistlərəAzərbaycan haqqında geniş kitablar təqdim edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
7
az.trend.az

9Mənbələr