AZ

Azərbaycan millətlər festivalının qalibi oldu

Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində dördüncü millətlər festivalı keçirilib.

Bu barədə Publik.az-a Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov bildirib.

O, qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil təşkilatının Bad Hofqastayn bələdiyyəsi və Turizm Birliyi ilə əməkdaşlıq şəklində hazırladığı festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə milli xörəklərimiz və şirniyyatlarımız, eləcə də Azərbaycan istehsalı olan məhsul və suvenirlər təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
publika.az

9Mənbələr