AZ

Türkiyə və Suriya Bağdadda danışıqlara başlayır

Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Dəməşqdəki hökumət mənbəsi “Al Vatan” qəzetinə bildirib. Məlumata əsasən, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.

Bildirilib ki, tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
14
buta.tv

10Mənbələr