AZ

Türkiyə ilə Suriya dialoqa başlayacaq

Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqlar aparacaq.

“İki sahil” xəbər verir ki, "Al Watan" qəzetinə Dəməşqdəki hökumət mənbəsi məlumat verib.

Görüşün Bağdadda keçiriləcəyi bildirilir.

Gözlənilir ki, qarşıdakı Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olaca və bu, siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracaq.

Nəşrin yazdığına görə, Türkiyə tərəfi Moskva və Bağdaddan ikitərəfli dialoqun mediadan uzaq aparılmasını xahiş edib.

Tərəflər iki qonşu arasında münasibətləri normallaşdırmaq üçün təfərrüatları müzakirə edəcəklər.

Qəzet iddia edir ki, Ankara ilə Dəməşq yaxınlaşması ərəb ölkələri, xüsusilə də BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
7
ikisahil.az

10Mənbələr