AZ

İdmanAvropa çempionatı: Azərbaycan millisi komanda yarışını medalsız başa vurub - YENİLƏNİB 2

SİZİN REKLAM BURADA!055 213 76 73   BAKU.WS report-a istinadən xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib.   Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb.   Beləliklə, yığmamız komanda yarışını medalsız başa vurub.   Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər.   Qeyd edək ki, Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.   *** 14:04 Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.   BAKU.WS report-a istinadən xəbər verir ki, yığma təsəlliverici qarşılaşmada İtaliya seçməsi ilə üz-üzə gəlib.   Millimiz rəqibini 4:1 hesabı ilə üstələyib.   Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.   *** 12:32 Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.   BAKU.WS report-a istinadən xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.   Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.   Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
far.az

7Mənbələr