SİZİN REKLAM BURADA!055 213 76 73 BAKU.WS report-a istinadən xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib. Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb. Beləliklə, yığmamız komanda yarışını medalsız başa vurub. Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər. Qeyd edək ki, Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. *** 14:04 Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər. BAKU.WS report-a istinadən xəbər verir ki, yığma təsəlliverici qarşılaşmada İtaliya seçməsi ilə üz-üzə gəlib. Millimiz rəqibini 4:1 hesabı ilə üstələyib. Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. *** 12:32 Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1. Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. BAKU.WS