AZ

SOCAR vəd verdi: benzinin qiymətini endirəcək, əgər…

“SOCAR Georgia Petroleum” Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

Publika.az Aut.az-a istinadla xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

Sözügedən açıqlamada deyilir: “Portuqaliyaya vurduğumuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik: Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
13
publika.az

10Mənbələr