AZ

SOCAR vəd verdi: Gürcüstan qalib olsa, qiyməti endirəcək

“SOCAR Georgia Petroleum” Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

TEMPİNFO xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

Sözügedən açıqlamada deyilir:

“Portuqaliyaya vurduğunuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik. Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq”.

Qeyd edək ki, Gürcüstan – İspaniya yığmaları 30 iyun saat 23:00-da qarşılaşacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
13
tempinfo.az

10Mənbələr