AZ

Himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir - Türkiyəli nazir

Bakı. Trend:

Türkiyənin son onilliklər ərzində fəal şəkildə istifadə etdiyihimayədar ailə modeli Azərbaycanda da tətbiq olunur.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosialxidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş ölkədə iyunun 30-daqeyd olunan Himayədar Ailə Günü münasibətilə sosial şəbəkələrdəkipaylaşımında bildirib.

“Azərbaycan Türkiyənin çətin həyat şəraitində olan uşağınmüəyyən müddətə ailə tərəfindən qəbul edilməsi üzrə himayədar ailəsistemini əxz edib. Biz qardaş ölkəyə bu modelə uyğunlaşmaq üçüntexniki yardım göstərmişik”, - nazir qeyd edib.

Türkiyəli nazir bildirib ki, analoji dəstək Özbəkistana dagöstərilib:

“Biz himayədar ailə təsisatının yaradılması təcrübəsini başqaölkələrdə də, o cümlədən BMT Baş Assambleyasının qarşıdakı 79-cusessiyası çərçivəsində bölüşmək istəyirik”.

Göktaş qeyd edib ki, əgər 2002-ci ildə Türkiyədə 515 uşaq 500himayədar ailədə yaşayırdısa, bu gün belə uşaq və yeniyetmələrinsayı 10256-ya, himayədar ailələrin sayı isə 8547-yə çatır.

“Bütün ailələri uşaqların qayğısına qalmağa, onlarıngələcəklərini dəyişdirməyə kömək etməyə çağırıram”, -deyə türkiyəlinazir vurğulayıb.

Müvəqqəti himayədar ailələr övladlığa qəbul etdikləri azyaşlılarüçün daimi himayədar valideynlər tapılana və ya onları doğmavalideynlərinə qaytarana qədər bu uşaqların tərbiyəsi vəreabilitasiyasını həyata keçirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
az.trend.az

4Mənbələr