AZ

Göktaş: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, Türkiyənin son onilliklər ərzində fəal şəkildə istifadə etdiyi himayədar ailə modeli Azərbaycanda da tətbiq olunur.

“İki sahil” xəbər verir ki, nazir bu barədə sosial şəbəkələrdəki paylaşım edib.

Türkiyədə iyunun 30-da qeyd olunan Himayədar Ailə Günü münasibətilə edilən paylaşımında yazılıb: “Azərbaycan Türkiyənin çətin həyat şəraitində olan uşağın müəyyən müddətə ailə tərəfindən qəbul edilməsi üzrə himayədar ailə sistemini əxz edib. Biz qardaş ölkəyə bu modelə uyğunlaşmaq üçün texniki yardım göstərmişik”.

Türkiyəli nazir bildirib ki, analoji dəstək Özbəkistana da göstərilib. O əlavə edib: “Biz himayədar ailə təsisatının yaradılması təcrübəsini başqa ölkələrdə də, o cümlədən BMT Baş Assambleyasının qarşıdakı 79-cu sessiyası çərçivəsində bölüşmək istəyirik”.

Göktaş qeyd edib ki, əgər 2002-ci ildə Türkiyədə 515 uşaq 500 himayədar ailədə yaşayırdısa, bu gün belə uşaq və yeniyetmələrin sayı 10256-ya, himayədar ailələrin sayı isə 8547-yə çatır.

“Bütün ailələri uşaqların qayğısına qalmağa, onların gələcəklərini dəyişdirməyə kömək etməyə çağırıram”, -deyə türkiyəli nazir vurğulayıb.

Müvəqqəti himayədar ailələr övladlığa qəbul etdikləri azyaşlılar üçün daimi himayədar valideynlər tapılana və ya onları doğma valideynlərinə qaytarana qədər bu uşaqların tərbiyəsi və reabilitasiyasını həyata keçirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
ikisahil.az

4Mənbələr