AZ

ABŞ-da böyük siyasi dram yaşanır - Puşkov

ABŞ prezidenti Co Bayden ölkəyə rəhbərlik etmək iqtidarında olmadığını canlı yayımda nümayiş etdirdi. Bu baxımdan ABŞ-da böyük siyasi dram yaşanır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, hazırkı prezidentin ölkəyə rəhbərlik edə bilməməsi ilə bağlı ABŞ-da böyük siyasi dram yaşanır.

"Qara qu quşunu" - dünya hadisələrinin gedişatını dəyişdirə biləcək və ya ən azı onlara böyük təsir göstərə biləcək bir amilin meydana gəlməsini gözləyirdinizmi", - deyə Puşkov yazıb.

Birləşmiş Ştatlarda əksər jurnalistlər Baydenin Donald Trampla ilk debatdakı çıxışını son dərəcə uğursuz qiymətləndiriblər.

Seçilən
162
8
publika.az

5Mənbələr