AZ

Rus senator Puşkov: “Almaniyanın Çini Rusiya ilə ticarəti kəsməyə çağırması cəfəngiyyatdır”

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının üzvü Aleksey Puşkov bəyan edib ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habekin Çinə Rusiya ilə ticarəti kəsmək çağırışı cəfəngiyyatdır.

Editor.az xəbər verir ki, rusiyalı senator Puşkov bu barədə sosial şəbəkə hesabında deyib. O bildirib ki, Almaniyanın “yaşıl” vitse-kansleri Habeck, Çini Rusiyaya ixracı dayandırmağa çağırmaqla, eləcə də Avropa Parlamentinə seçkilərdə səriştəsiz partiyasının uğursuz çıxışı ilə öz cəfəngiyyatını davam etdirir. Məlum olub ki, o, son vaxtlar Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin artmasına baxaraq dəhşətə gəlib. Bu, onun üçün sürpriz olub.

Alman nazirin Pekinə çağırışının əbəs olduğunu və heç kimin Çin-Rusiya ticarətinə mane olmayacağını bildirən Puşkov deyib: “Getdikləri siyasətlərlə onsuz da Almaniya iqtisadiyyatının sonunu gətiriblər. Bu, danılmazdır.”

Almaniyanın Welt qəzeti, Habeckin Pekinə səfəri çərçivəsində Çinin Baş naziri Li Qiang ilə görüşməyi planlaşdırdığını, lakin naməlum səbəblərdən görüşün ləğv edildiyini yazıb. Belə ki, Qərb ölkələrinin Çinlə münasibətləri Ukrayna böhranı və Tayvanla bağlı gərginliyə baxmayaraq Pekin və Moskva arasında əməkdaşlığın davam etdirilməsi səbəbindən son vaxtlar pisləşib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
92
8
editor.az

5Mənbələr