AZ

Bakıda yük avtomobilinin üzərində olan texnika magistral yola düşdü - FOTO

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
45
7news.az

10Mənbələr