Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.
![](https://azxeber.com/file/pic/xeber/2024-06/1719645221_1719644594_mg_9828.jpeg)