AZ

Türkiyənin QDİƏT ölkələrindən olan idxalı azalıb (ÖZƏL)

Bakı.TurkicWorld:

2024-cü ilin may ayında Türkiyənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 6,4 faiz artaraq 3 milyard 624 milyon dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar - may ayında, Türkiyənin QDİƏT-ə üzvə ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 0,2 faiz artaraq, 16 milyard 25 milyon dollar olub.

“Bu ilin may ayında Türkiyənin QDİƏT-ə üzvə ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 5 milyard 86 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar - may aylarında Türkiyənin QDİƏT-ə üzvə ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 11,9 faiz azalaraq 25 milyard 595 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 228 milyon dollara çatıb.

2024-cü ilin may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24 milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard 568 milyon dollar olub.

Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250 milyard 599 milyon dollara çatıb.

2024-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faiz azalaraq 143 milyard 682 milyon dollara çatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
turkic.world

10Mənbələr