AZ

Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dollara çatıb

Bakı. Trend:

Bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55milyard 228 milyon dollara çatıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindənbildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin may ayında Türkiyəninixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard568 milyon dollar olub.

“Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250milyard 599 milyon dollara çatıb” – deyə nazirlikdənbildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayındaTürkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faizartaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faizazalaraq 143 milyard 682 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
7
az.trend.az

10Mənbələr