AZ

"Windows 10"da yeniliklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Acros Security" "Microsoft" tərəfindən 14 oktyabr 2025-ci il üçün təyin edilmiş dəstəyin rəsmi sona çatmasından sonra beş il müddətində "0Patch" mikropatç xidməti vasitəsilə "Windows 10" əməliyyat sistemi üçün yeniləmələri təqdim etməyə davam edəcəyini açıqlayıb.
"0Patch" artıq "Windows 7", "Server 2008" və "Microsoft Office" kimi köhnə məhsullar üçün etibarlı yeniləmə provayderi olduğunu sübut edib. Xidmət hazırda "Microsoft"un rəsmi dəstəyini dayandırdığı altı "Windows 10" versiyasını dəstəkləyir, lakin istifadəçilər hələ də sistemlərini "22H2" versiyasına təkmilləşdirə və 2025-ci ilə qədər "Microsoft"dan pulsuz yeniləmələr ala bilərlər.
"0Patch" daha sonra "Windows 10" üçün təhlükəsizlik yeniləmələrinin əsas mənbəyinə çevriləcək. Xidmətə illik abunəlik fiziki şəxslər və kiçik bizneslər üçün hər cihaz üçün 25 avroya, müəssisə müştəriləri üçün isə 35 avroya başa gəlir.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
6
oxu.az

10Mənbələr