AZ

Şəhid bacısı: "Buna da şükür edirik, heç olmasa, məzarı oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Anam və atam dərdinə dözə bilmədilər".
Bunu Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 32 il sonra meyit qalıqları tapılmış Elman Xurşud oğlu Cavadovun bacısı Sədaqət Şirinova deyib.
O, qardaşı ilə bağlı xatirələrindən danışıb:
"Qardaşım 1992-ci ildə həqiqi hərbi xidmətə çağırıldı. Həmin ilin iyunun 19-da Ağdərənin Atrek kəndində 41 nəfərlə birlikdə itkin düşdü. Çox vətənpərvər idi. Anam və atam dərdinə dözə bilmədilər. 32 il onu ümidlə gözlədik. Amma gəlmədi. Buna da şükür edirik. Heç olmasa, məzarı oldu. Sevinirəm ki, ziyarət edəcəyimiz yer var. Çox şükür. Biz qovuşduq. Allah bütün şəhidlərimizə rəhmət etsin".
Qeyd edək ki, E.Cavadovun qalıqları bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Nəzrin Vahid
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
13
oxu.az

10Mənbələr