AZ

"Sabah" Türkiyədə çempion oldu, 3 futbolçusu ən yaxşı seçildi – FOTOLAR

“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Dəmirəl beynəlxalq futbol turnirində iştirak edib.

Prosport.Az xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nımme Yunayted”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən komandamız çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb.

“Gold group”da Türkiyənin “Çaykur Rizəspor” komandasını 3:0, Estoniyanın “Nımme Yunayted”ini 2:0 hesabıyla üstələyən “Sabah” yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri 1-ci pillədə çempion kimi başa vurub.

“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçilib.

Rize Cup

Yigit Dəmirəl Beynəlxalq Futbol Turniri

Qrup mərhələsi

"Sabah" – "Trabzonspor" (Türkiyə) 2:1

Qollar: Rəvan Rüstəmov, Hüseyn Musayev

"Sabah" – "Nımme Yunayted" (Estoniya) 3:0

Qollar: Yusif Ağayev (2), Hüseyn Musayev

"Sabah" – "Dinamo" (Batumi, Gürcüstan) 4:0

Qollar: Eldar Hüseynov, Hüseyn Musayev, Hüseyn Abdullazadə, Yusif İbrahimli

Gold group

"Çaykur Rizəspor" (Türkiyə) – "Sabah" 0:3

Qollar: Rəvan Rüstəmov, Camal Əkbərli, Eldar Hüseynov

"Sabah" – "Nımme Yunayted" (Estoniya) 2:0

Qollar: Yusif Ağayev, Hüseyn Musayev

"Samsunspor" (Türkiyə) – "Sabah" 2:0

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
prosport.az

10Mənbələr