AZ

“Sabah” Türkiyədə çempion oldu

“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nömme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən "Sabah" çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb.

“Gold group”da Türkiyənin “Çaykur Rizespor” komandasını 3:0, Estoniyanın “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah”, yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub.
“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
12
bizim.media

10Mənbələr