AZ

Cəlilabaddakı bədbəxt hadisənin təfərrüatı – VİDEO

Cəlilabadda bədbəxt hadisə baş verib.

Medianews.az xəbər verir ki, hadisə rayonun İncəçay su anbarının yerləşdiyi Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, iki yeniyetmə çimmək üçün bu əraziyə gəlib. Onlardan biri – 11 yaşlı Səməd Mənsurov suya girib və batıb.

“Uşağın ayağı sürüşərək suya düşüb. O biri uşaq isə qaçıb. Qardaşımın oğlu batan uşağa kömək etmək üçün suya tullansa da, ona yardım edə bilməyib”, – kənd sakini Lətif Abdullayev hadisə barədə danışarkən deyib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən meyit sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin materialında:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
medianews.az

6Mənbələr