AZ

Cəlilabaddakı bədbəxt hadisənin təfərrüatı: "Suya tullansa da, yardım edə bilməyib" - VİDEO

Cəlilabadda bədbəxt hadisə baş verib.
 
Hadisə rayonun İncəçay su anbarının yerləşdiyi Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, iki yeniyetmə çimmək üçün bu əraziyə gəlib. Onlardan biri - 11 yaşlı Səməd Mənsurov suya girib və batıb.
 
"Uşağın ayağı sürüşərək suya düşüb. O biri uşaq isə qaçıb. Qardaşımın oğlu batan uşağa kömək etmək üçün suya tullansa da, ona yardım edə bilməyib", - kənd sakini Lətif Abdullayev hadisə barədə danışarkən deyib.
 
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən meyit sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Daha ətraflı Baku TV-nin materialında:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
4
moderator.az

6Mənbələr