AZ

Türkiyə Suriya ilə münasibətlərini normallaşdırmağa hazırdır

Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin Suriya ilə münasibətlərini normallaşdırmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırda diplomatik münasibətlərin qurulmaması üçün bir səbəb yoxdur.

Prezident Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib: "Biz Suriya ilə münasibətlərin normallaşdırılması təşəbbüslərinə açığıq. Diplomatik əlaqələrin qurulmaması üçün səbəb yoxdur. Biz keçmişdəki kimi əməkdaşlıq edə bilərik. Bizim Suriyanın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur. Bildiyiniz kimi, biz əvvəllər Əsəd (Suriya Prezidenti Bəşər Əsəd - red.) ilə ailəvi dostluq etmişik. Dostuluğu bərpa etməmək üçün səbəb görmürəm".

 Hürr Tərcüma

Seçilən
191
15
hurriyyet.az

10Mənbələr