AZ

Ərdoğan Əsədlə görüşü istisna etmir

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin yenidən qurula biləcəyini deyib.

TurkicWorld xəbər verir ki, bu haqda Erdoğan İstanbulda cümə namazı çıxışı zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırarkən danışıb.

Belə ki, jurnalist Suriya prezidenti Bəşər Əsədin Rusiya təmsilçiləri ilə görüşündə Türkiyə ilə əlaqələrə müsbət təsir edə biləcək istənilən təşəbbüsə hazır olduğunu həmçinin Suriyanın müstəqilliyinə hörmət edilməsini gözlədiyini xatırladaraq diplomatik əlaqələrin yenidən bərpa edilə biləcəyi ilə bağlı Erdoğana sual ünvanladı.

Suala cavab olaraq Ərdoğan, ‘Suriya ilə münasibət qurmamaq üçün heç bir səbəb yoxdur. Keçmişdə olduğu kimi yenə eyni şəkildə birlikdə hərəkət edə bilərik. Bizim heç vaxt Suriyanın daxili işlərinə qarışmaq kimi bir dərdimiz, hədəfimiz ola bilməz. Suriya xalqı qardaş xalqdır. Cənab Əsədlə ailə görüşlərinə qədər görüşlərimiz oldu. Qeyri-mümkün deyə bir şey yoxdur, sabah yenə ola bilər.” – dedi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
15
turkic.world

10Mənbələr