AZ

Laçında hind filmləri də çəkiləcək

Laçında hind filminin çəkilişlərinə başlanacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib. 

O deyib: “Birincisi, onu qeyd etmək lazımdır ki, bu işlərə başlayan Amil Amal istedadlı rejissordur. Karyerasına bədii və sənədli filmlərlə başlayıb və hazırda tammetrajlı bədii film çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif beynəlxalq mükafatlara namizəd və qalib olub. 

Bundan başqa, Amil Amal yeni film çəkmək üçün Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyindən qrant və maliyyə əldə edib. Hazırda filmin çəkilişlərinə hazırlıq dövrüdür. Ümid edirik ki, daha çox prodüser mərkəzləri “Hoçazfilm”in layihələrinə diqqət yetirəcək”. 

M.Məmmədov, həmçinin Laçının çoğrafi mövqeyinin özlüyündə unikal olduğunu və rəssamların da diqqətini cəlb etdiyini qeyd edib. “Hindistanlı prodüserlər həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə böyük maraq göstərir və onları maliyyələşdirə bilirlər. Bu, kino sənayemizə beynəlxalq marağı təsdiqləyir”, - deyə o əlavə edib.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
13
xalqqazeti.az

10Mənbələr