AZ

Laçında hind filmi çəkiləcək

Laçında hind filminin çəkilişlərinə başlanılacaq.Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.“Birincisi, onu qeyd etmək lazımdır ki, Amil Amal istedadlı rejissordur. Karyerasına sənədli filmlərlə başlayıb və 40-45 dəqiqəlik filmlər çəkməyə davam edir. Onun bəzi əsərləri artıq müxtəlif mükafatlara namizəd olub.Bundan başqa, Amal yeni film çəkmək üçün Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən qrant və maliyyə əldə edib. Filmin bir hissəsi artıq çəkilib və hazırda Amal işi davam etdirməyə hazırlaşır. Ümid edirik ki, daha çox prodüser evləri bu layihəyə diqqət yetirəcək”, - o bildirib.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
12
regionxeberlericom.az

10Mənbələr