AZ

Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edildi - FOTO

Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovla Şəmkir rayonunda keçirilən vida mərasimi başa çatıb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, şəhidin nəşi rayonun Mehrili kənd qəbiristanlığında dəfn olunub.
 
Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub.
 
O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
moderator.az

6Mənbələr