AZ

Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərovla vida mərasimi keçirilir

Şəmkirdə
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovun meyitinin qalıqları Şəmkir rayonuna gətirilib. 1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Şəmkir rayonunun Mehrili kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Ə.Əsgərov Mehrili kənd qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
1news.az

6Mənbələr