AZ

Almaniyadan regional müharibə xəbərdarlığı

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və Livandakı tərəflərin atəşkəs səylərini rədd etməsi halında regional müharibə təhlükəsi barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Berbok Beyruta səfəri çərçivəsində livanlı həmkarı Abdullah Buhabib ilə görüşüb.

Nazirlərin Livan və regiondakı vəziyyəti dəyərləndirdikləri görüşdə münaqişələrin genişlənməsinin və yayılmasının qarşısının alınması üçün bütün lazımi səylərin göstərilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Berbok ölkəsinin Livanın cənubunda baş verən hadisələrdən narahat olduğunu dilə gətirib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
525.az

4Mənbələr