AZ

Almaniyadan region müharibəsi xəbərdarlığı: hər kəs üçün təhlükəli olacaq

Almaniyanın xarici işlər naziri Annalena Berbok İsrail və Livandakı tərəflərin atəşkəs səylərini rədd etməsi halında regional müharibə təhlükəsi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Livan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Berbok Beyruta səfəri çərçivəsində livanlı həmkarı Abdullah Buhabib ilə görüşüb.

Nazirlərin Livan və regiondakı vəziyyəti dəyərləndirdiyi görüşdə münaqişələrin genişlənməsinin və yayılmasının qarşısının alınması üçün bütün lazımi səylərin göstərilməsinin vacibliyi vurğulanıb.

Nazir Livanın cənubunda baş verən hadisələrə görə narahat olduğunu bildirib: “Atəşkəs olmasa, bu, hamı üçün təhlükə olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
publika.az

4Mənbələr