AZ

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200 min ABŞ dolları dəyərində, ümumilikdə 28 min 836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
77
22
azertag.az

10Mənbələr