AZ

Ölkəyə qanunsuz gətirilən 28,8 min qutu siqaret aşkarlandı – Video


Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında aşkar olunan qaçaqmal götürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200 min ABŞ dolları dəyərində ümumilikdə 28 min 836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.
“Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, - məlumatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
25
yeniavaz.com

10Mənbələr