AZ

Bakı Fond Birjasında AccessBank istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri AccessBank-ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.

Belə ki, AccessBank kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. 28 iyun 2024-cü il tarixində baş tutan Açılış zəngi tədbiri ilə bankın 5 000 000 (beş milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri ABB-İnvest İnvestisiya Şirkətidır.

Tədbirin sonunda emitent – AccessBank, Bakı Fond Birjası və ABB-İnvest İnvestisiya şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
10
banco.az

10Mənbələr