AZ

Bakı Fond Birjasında AccessBank istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Bakı. Trend:

28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında növbəti“Açılış Zəngi” tədbiri AccessBank-ın manat istiqrazlarının kapitalbazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.

Belə ki, AccessBank kapital bazarında yerli valyutada yenimaliyyə alətlərinin buraxılışını həyata keçirir. 28 iyun 2024-cü iltarixində baş tutan Açılış zəngi tədbiri ilə bankın 5 000 000 (beşmilyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinəbaşlanıldı.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominaldəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündənbir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli,təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteriABB-İnvest İnvestisiya Şirkətidır.

Tədbirin sonunda emitent – AccessBank, Bakı Fond Birjası vəABB-İnvest İnvestisiya şirkətinin nümayəndələri tərəfindənistiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edənzəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarətplatformasında ticarətinə başlanılıb.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında liderolaraq, 2002-ci ildən kiçikvə orta bizneslərə xidmət göstərir. Bankın səhmdarlarısırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, BeynəlxalqMaliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yeralır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialıfəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirməimkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavəməlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etməküçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olansəhifələrinə (Facebook,Instagram,LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankıtərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziyaəsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamalrayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
10
az.trend.az

10Mənbələr