AZ

Seysmoloji Mərkəz əhaliyə müraciət etdi

“Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdu”.

Bu barədə Seysmoloji Xidmət Mərkəzinin əhaliyə müraciətində qeyd olunub.

Qeyd olunub ki, ərazimiz seysmik bölgədir və bu seysmik zonalara xarakterik haldır.

“Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadı. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5 -dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər”, – açıqlamada bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
35
yenigundem.az

10Mənbələr