AZ

Seysmoloji Xidmət Mərkəzindən zəlzələ ilə bağlı - Çağırış

Seysmoloji Xidmət Mərkəzi bu gün səhər Azərbaycanda qeydə alınan zəlzələ ilə bağlı mlumat yayıb.

Qurumdan verilən məlumatda bildirilib ki, vətəndaşlara çağırış edilib.

“Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdur. Təbii ki, ərazimiz seysmik bölgədir. Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadır. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur. Bu, seysmik zonalara xarakterik haldır.

Maqnitudası 5 və 5-dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması mümkündür. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız  rəsmi məlumatları izləsinlər”, - məlumatda vurğulanıb.

Seçilən
68
35
hurriyyet.az

10Mənbələr