Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
afn.azParlament bu nikahları qadağan etdi ( 8061374)
-
qaziler.azAzərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək ( 8061296)
-
xalqcebhesi.azAzərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək ( 8058473)
-
xural.comMilli Məclis qohum evliliklərinin qadağasını III oxunuşda təsdiqlədi ( 8058086)
-
turkustan.azParlament bu nikahları qadağan etdi ( 8057201)
-
olaylar.azƏmi, xala, bibi və dayı uşaqlarının evlilənməsi qadağan edildi ( 8056826)
-
valyuta.azAzərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək ( 8056421)
-
demokrat.azAzərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək ( 8055608)
-
avropa.infoMilli Məclis əmi, xala, bibi və dayı uşaqlarının evliliyini QADAĞAN ETDİ ( 8055314)
-
big.azMilli Məclis Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunu təsdiqləyib ( 8054954)