Demokrat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
10Источники
-
sportinfo.azYENI QƏRAR - 16 yaşına çatmayanlarla nişanlananlar həbs olunacaq ( 9026039)
-
avropa.infoPrezident İlham Əliyev qohum evliliyinə qadağanı təsdiq etdi. ( 9021212)
-
tezadlar.azƏMİ, BİBİ, DAYI VƏ XALA QIZINI ALMAĞA RƏSMİ QADAĞA QOYULDU ( 9020861)
-
avtosfer.azAzərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib ( 9014657)
-
leqal.infoAzərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib ( 9013691)
-
e-saglam.azPrezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib ( 9013445)
-
azerforum.comPrezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib ( 9012245)
-
avtosfer.az16 yaşına çatmayanlarla nişanlananlar həbs oluna bilər - PREZİDENT TƏSDİQLƏDİ ( 9012164)
-
yenigundem.azƏmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqləndi ( 9012062)
-
avtosfer.az16 yaşına çatmayanlarla nişanlananlar həbs oluna bilər - PREZİDENT TƏSDİQLƏDİ ( 9011972)